Qaynar xətt:

(+99450) 247 90 86

Saatlıda narkotik satışı ilə bağlı 3 nəfər saxlanıldı

KRİMİNAL

862

27.01.2025, 11:42

Saatlıda narkotiklərin satışı ilə bağlı üç nəfər saxlanılıb.

 Oxu24.com    xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Xəbərə görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.

həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.